Bakıda intihara cəhd olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayon sakini, 1983-cü il təvəllüdlü Taleh Aslanov yaşadığı binanın pilləkəninin məhəccərindən özünü asıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində T. Aslanov son anda xilas edilib. O, xəstəxanaya yerləşdirilib.

İntihara cəhdin səbəbləri araşdırılır.