Cəlilabad rayonunda piyadanın vurlması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün səhərsaatlarında şəhərin Azərbaycan prospektində qeydə alınıb.

Belə ki, rayon sakini Zaur Sulduz oğlu Yarıyev yol keçmək istəyən zaman minik avtomobili onu vurub. Ağır bədən xəsarətləri alan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.