"Əminə Yusifqızını da master hesab etmirəm. Əminənin şeir deməyinə hamı valehdir, amma onda milyon dənə səhv tutaram. Yaxud "Yenə o bağ olaydı şeirini deyir, sanki reportaj oxuyur".

Unikal.org xəbər verir ki, bunu apa-ya açıqlamasında əməkdar artist Eldəniz Rəsulov deyib.

"Rasim ayrı aktyordur. Onun haqqında gərək səhərə qədər danışam. Həm də dostumdur. Fəxrəddin Manafovun qiraətini demirəm, qanıacı, paxıl olsa da, yaxşı aktyordur. "Hökmdarın taleyində özünü öldürürdü ki, Pərviz Məmmədrzayev ondan üstün oynamasın".