Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "VAZ-21061" markalı avtomobilə gömrük baxışı keçirilib.

Unikal.org DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, həmin nəqliyyat vasitəsində 650 qutu pirotexniki vasitə və 6 ədəd fişəng aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.