Abşeron rayonunda yol qəzası baş verib.

Unikal.org  Trend-ə istinadən bildirir ki, hadisə rayonun Müşviqabad qəsəbəsində baş verib.

99 GP 739 dövlət nömrə nişanlı "Chevrolet AVEO" markalı avtomobil qəsəbə ərazisində piyada keçidində piyadaya yol verərkən arxadan gələn "KAMAZ" markalı avtomobil idarəetməni itirərək həmin maşına çırpılıb. Hadisə nəticəsində "Chevrolet AVEO" markalı aşaraq yolun kənarına çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəza nəticəsində Bakı-Şamaxı yolunda tıxac yaranıb. Hazırda əraziyə gələn yol polisləri tıxacın aradan qaldırılması istiqamətində tədbirlər görür.

Abşeronda qəza: Yaralılar var - FOTO