Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb. Rusiyanın Bakıdakı səfirliyinə məxsus "Hyundai markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi "Mercedes markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.