Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib. 

Unikal.org xeberle.com-a istinadən bildirir ki, hadisə Sumqayıt şəhəri, 10-cü mikrorayon ərazisində fəaliyyət göstərən 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.