Bərdədə üç piyadanı maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, avqustun 20-də saat 11.00 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndində rayon sakinləri Nəriman Nərimanlının və Malik Əliyevin idarə etdikləri "VAZ markalı avtomobillər toqquşub, M.Əliyev idarəetməni itirdiyindən yolun kənarında dayanan Ağcabədi rayon sakinləri Ağapəri Məmmədovanı, Sərvət Məmmədovu və Aygül Səmədovanı vurub. Nəticədə A.Məmmədova hadisə yerində ölüb, S.Məmmədov və A.Səmədova xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.