Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb.

Unikal.org xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən apa-ya verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Hadisə yerinə dərhal Sumqayıt şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu göndərilib. Hadisənin qətl olduğu ehtimal edilir.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertiza təyin olunub. 

Faktla bağlı araşdırmalar davam etdirilir.