Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları Sumqayıtda yataqxananın yanması nəticəsində evsiz qalmış sakinlər üçün çadır quraşdırıb.

Unikal.org xəbər verir ki, FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov azvision.az-a bildirib ki, sakinlər üçün 30 çadır quraşdırılıb.

Qeyd edək ki, yanğın avqustun 4-də Sumqayıt Dövlət Universitetinin Ağa Quliyev küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. İlkin araşdırma zamanı yanğının yataqxananın 3-cü mərtəbəsindəkı partlayışdan sonra başladığı məlum olub.

Hadisə zamanı 10 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb.