Ağstafa sakini Kürdə boğulub.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Kür çayının Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini 1994-cü il təvəllüdlü Babayev Fəyyaz Haqverdi oğlu Kür çayında çimən zaman boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti meyitin axtarışını aparır.