"Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğluya ağır itki üz verib.

Unikal.org-un xəbərinə görə, Rauf Arifoğlunun atası Arif Abbasov bu gün səhər saatlarında dünyasını dəyişib.

A. Abbasov bu gün Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində son mənzilə yola salınacaq.

Unikal.org-un kollektivi həmkarımız Rauf Arifoğlu və Azər Ayxan qardaşlarına atalarının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin