Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. 

Unikal.org xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, "Mercedes Gelandewagen markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və "VAZ 21015 markalı avtomobilə arxadan çırpılıb.

Daha sonra "Mercedes Gelandewagen yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir. Qəza nəticəsində sürü "Mercedes Gelandewagenin sürücüsü də daxil olmaqla, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

xxx

Bakıda iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

Unikal.org xəbər verir ki, apa-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, paytaxtın Heydər Əliyev prospektinin hərəkət edən "Mercedes Gelandewagen markalı avtomobil idarəetməni itirib və əsas yoldan köməkçi yola çıxaraq qəzaya uğrayıb. Qəzadan sonra avtomobildə yanğın baş verib.

Qəza nəticəsində avtomobildə olan iki nəfər ölüb.