Avqustun 1-də Bakıda dənizdə boğularaq ölən şəxsin tanınmış iş adamı olması məlum olub.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Xəzərdə boğularaq vəfat edən 1965-ci il təvəllüdlü Azad Məmmədov "Metal İnşaat şirkətinin prezidenti olub.

İşgüzar şəxs kimi nüfuz qazanmış Azad Məmmədov həm də mədəniyyət-incəsənətə olan marağı ilə seçilirmiş.