Bakıda səfirlik avtomobili qəzaya düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Moldova səfirliyinə məxsus olan, Pyotr Şabdesadenin idarə etdiyi "Toyota Prado markalı, 040 D 001 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Ayaz Kəlbiyevin idarə etdiyi "Nissan markalı maşınla toqquşub. Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.