Abşeron rayonunda dənizdə batan şəxs xilas edilib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonu, Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.