Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında Bakıda qarajda baş verən yanğınla bağlı məlumat yayıb.

Quurman unikal.org-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə və içərisində "VAZ markalı avtomobilin mühərrik və salon hissəsi yanıb. Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.