Bakıda aeroport yolunda dəhşətli avtoqəza baş verib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir kİ, bu barədə hadisə şahidləri məlumat veriblər.
 
Yol-nəqliyyat hadisəs Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki yolda (keçmiş "Komsomol dairəsi") baş verib.

Avtoqəza zamanı QAZ-31 markalı avtomobil yanmağa başlayıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Videodan göründüyü kimi hadisə yerinə toplaşan ətrafdakı insanlar yaralıya ilkin yardımı etməyə çalışırlar.

Ağır yol qəzasının hansı səbəbdən baş verdiyi araşdırılır.



13:29

Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki yolda (keçmiş "Komsomol dairəsi") yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib:

"Şəhər mərkəzindən hava limanı istiqamətində yolda (keçmiş komsomol dairəsində) yol nəqliyyat hadisəsi baş verib. Nəqliyyat vasitəsi yanır. Hazırda bu istiqamətdə tıxac var".