Şəmkir rayonunda F-1 əl qumbarası aşkar olunub.

Unikal.org-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Şəmkir rayonu, Bayramlı kəndi ərazisində F-1 əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Bayramlı kənd yolunun kənarına baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün ANAMA Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 100 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.