Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a isinadən xəbər verir ki,  hadisə Bakıdan Nabrana istirahətə gedərkən baş verib.

Belə ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Rübabə Xeyrulla qızı Əliyeva idarə etdiyi "KİA" markalı avtomobildə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, sürcünün anası 1962-ci il təvəllüdlü Sənəm Musa qızı Əliyeva hadisə yerində ölüb.

Sürücü R.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.