Finlandiyanın paytaxtı Helsinkidə naməlum şəxs avtomobili insanların üzərinə sürüb.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

Asayiş keşikçilərinin məlumatına görə, insident nəticəsində bir nəfər ölüb, azı 4 nəfər yaralanıb. Maşının sürücüsü saxlanılıb. Bu, təqribən 50 yaşında kişidir. Polis onun sərxoş olduğunu güman edir.

Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, insidentin təfərrüatları dəqiqləşdirilir.