Şirvanda qadın intihara cəhd edib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Şirvan sakini, 1979-cu il təvəllüdlü Rüstəmova Ülkər Əvəz qızı çox miqdarda psixotrop dərman qəbul edərək intihara cəhd edib.
Ü. Rüstəmova Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Görülən təxirəsalınmaz tədbirlərdən sonra onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.