Qazax sakini zəhərlənib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Salahlı kənd sakini 2002-ci il təvəllüdlü Məmməd Kərimov Kərəm oğlu zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Yaxınlarının deməsinə görə 15 yaşlı oğlan dondurma yedikdən sonra zəhərlənib.