Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın davam edir.

Unikal.org report-a istinadən xəbər verir ki, yanğının genişlənməsi təxliyyə prosesini çətinləşdirir.

Məlumata görə, təxminən 35-40 xəstə, o cümlədən uşaqlar alovun sıx əhatə olduğu ərazilərdə qalıb. 

Onların xilas edilməsində ciddi problemlər var.

Xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

14:39

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

15:22

Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin hamısı təxliyyə olunub.

"Reportun Qərb bürosunun verdiyi məlumata görə, yanğın söndürülüb. Lakin hələ də tüstülənmə qalır.