Xəbər verdiyimiz kimi, bir neçə saat əvvəl Bakıda Kooperasiya Universitetində yanğın baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar - Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.