Ağsuda iki azyaşlı kanalda boğulub.

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, iyulun 21-də Ağsu rayonunun Gəgəli kəndi ərazisində rayon sakinləri, azyaşlılar Bulud Talıblı və Unur Talıbov ehtiyatsızlıqdan Yuxarı Şirvan kanalına düşərək suda boğulublar. Meyitlər sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.