Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib.

Unikal.org xəbər verir ki, hadisə Kayseridə baş verib.

Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı TIR markalı yük maşını Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38-ZU-010 nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölənlərin hamısı-Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk tələbə olub. Onlar praktikada olarkən hadisə baş verib.