Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Unikal.org nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxarıblar. 

Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.