Şəmkirdə traktor aşıb, bir nəfər ölüb.

Unikal.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 8-də Şəmkir rayonunun Yeni Göyçə kəndinin ərazisində Dağ Cəyir kənd sakini Elşən Orucov idarə etdiyi "MTZ-892 markalı traktoru aşırıb. Nəticədə sürücünün babası Qonarı Orucov hadisə yerində ölüb.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.