Gəncədə qaynar samovar 4 yaşlı uşağın üzərinə aşıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Gəncənin mərkəzi bazarının yaxınlığında baş verib. Şəhər sakini, 2013-cü il təvəllüdlü Abbas Ramil oğlu Əbülfətli ehtiyatsızlıq nəticəsində qaynar samovarı üzərinə aşırıb. Hadisə zamanı yanıq xəsarətləri alan uşaq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.