Xaçmaz rayonunda bədbəxt hadisə nəticəsində ölən qadının ərinin ürəyi dayanıb.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, ötən gün rayonunMüzəffəroba kəndinin sakini, 50 yaşlıFatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb.Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Bu gün isə qadının əri, 61 yaşlı Mahmud Lətif oğlıu Novruzovun ürəyi dayanıb. M.Novruzov xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, M.Novruzov Su Nəqliyyatında Polis İdarəsinin keçmiş əməkdaşıolub.

Faktla bağlı araşdırma aparılır.