Göygöldə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə hadisə Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106 və "VAZ 2107 markalı avtomobillərin toqquşması nəticəsində sürücülər - Daşkəsən rayon sakini, 1988-ci il təvəllüdlü Elməddin Quliyev və Göygöl rayonu Balçılı kənd sakini, 1970-ci il təvəllüdlü Yaşar Rüstəmov, həmçinin sərnişinlər - Daşkəsən rayon sakini, 1969-cu il təvəllüdlü Bəhruz Həsənov, Göygöl rayonu Xəqani kənd sakinləri - 1957-ci il təvəllüdlü Şərqiyyə Hüseynova və 1949-cu il təvəllüdlü Səftər Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.