Gəncədə kafedə kütləvi dava olub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

İnsident nəticəsində Gəncə sakini, 1982-cü il təvəllüdlü Kərimov Münasib Rasim müxtəlif bədən xəsarətləri Gəncə Təcili Tibbi Yardım Xəstəxanası yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, M.Kərimov qəsəbədəki kafelərin birində kütləvi dava zamanı döyülüb. Ona həmçinin bıçaq xəsarəti yetirildiyi bildirilir. Dava zamanı M.Kərimovun əmisi oğlu yüngül xəsarət alıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.