Şamaxı rayonunda 4 nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə bu gün günorta saatlarında Şamaxı-Əngəxaran avtomobil yolunda qeydə alınıb.

Şamaxı şəhər sakini, 1962-ci il təvəllüdlü İmamverdiyev Elşad İqbal oğlunun idarə etdiyi "10-CX-527 dövlət nömrə nişanlı "VAZ 2107 markalı minik avtomobili qarşı tərəfdən gələn "56-BC-645 dövlət nömrə nişanlı "VAZ 2106 markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı sürücü Elşad İmamverdiyev və sərnişinləri, Şamaxı şəhər sakinləri olan 3 bacı, 1960-cı il təvəllüdlü Məmmədova Rahilə Abdurrəhim qızı, 1955-ci il təvəllüdlü Əhmədova Minəxanım Abdurrəhim qızı və 1966-cı il təvəllüdlü Mədətova Hicran Abdurrəhim qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır.