Neft Daşlarında intihar hadisəsi baş verib. 

Bu barədə Unikal.org-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə,  SOCAR-n Geologiya və Geofizika idarəsinin 55-60 yaşlarında olan işçisi özünü  Neft Daşlarında yaşadığı yataqxananın 9-cu mərtəbəsindən ataraq intihar edib. 

Hüquq müdafiəçisi qeyd edib ki, hadisəni nəzarətdə saxlamağa çalışır.