Şəmkir rayonunadə baş vermiş dava zamanı 28 yaşlı oğlanın burnu sınıb.

Unikal.org report.az-a istinadən bildirir ki, hələ ki bilinməyən səbəbdən yaranan mübahisə zəminində tanışlar arasında əlbəyaxa dava düşüb.

Hadisə zamanı Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndinin sakini, 1989-cu il təvəllüdlü İsayev Ramil İsa oğlu ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ağır kəllə-beyin travması alan gəncin həm də burnunun sındığı məlum olub. Travmatologiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, mübahisə zəminində qarşı tərəfdən də 1 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Lakin o, hadisə yerindən qaçaraq xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.