Gəncə şəhər sakini özünə kəsici alətlə xəsarət yetirərək öldürüb.

Unikal.org  bildirir ki, APA-nın Qərb bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü Asif Qaraxanov yaşadığı evdə özünə şüşə parçaları ilə xəsarət yetirib.

A. Qaraxanov dərhal Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, A. Qaraxanov qaraciyər sirrozundan müalicə alırmış.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.