Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xızı rayonu, Şurabad qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.