Gəncədə 22 yaşlı qadın əri tərəfindən döyülüb.

Unikal.org bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Leyla Meyvulla qızı Məmmədova mübahisə zəminində həyat yoldaşı tərəfindən döyülüb.

Kəllə-beyin travması alan qadın yaxınları tərəfindən hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım alan qadının vəziyyətinin sabit olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.