Xırdalan şəhərində azyaşlı uşaqlara təcavüz edən manyak yaxalanıb.

Unikal.org xəbər verir ki, polis əməkdaşları cinayətkarı polis şöbəsinə apararkən çətinlik çəkib. Belə ki, əraziyə toplaşan insanlar manyakın cəzasını yerində vermək istəyiblər.

Məlumata görə, cinayətkar 6 yaşlı uşağa təcavüz etmək istəyərkən tutulub.

Nəzərinizə çatdıraq ki, bu son 3 gündə yaşanan ikinci analoji haldır. Belə ki 3 gün öncə Ucarda azyaşlı oğlan uşaqlarını zorlayan 58 yaşlı kişi tutulmuşdu.

Hadisə ilə bağlı araşdırma aparılır.