Daxili İşlər Nazirliyi (DİN) ötən gün dənizdə boğulan şəxslər barədə məlumat yayıb.

Unikal.org nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Bakı şəhər sakinləri Hüseyn Rəhimov və Səbinə Abıyeva Suraxanı rayonunun Hövsan qəsəbəsindəki dəniz çimərliyində boğulublar. H.Rəhimovun meyiti sudan çıxarılıb, S.Abıyevanın meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, iyunun 30-da Fövqəladə Hallar Nazirliyi də hadisə barəsində məlumat yayıb. Məlumata görə, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.