Tovuz rayonunda iki avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisələrdən biri rayonun Düzcırdaxan kəndində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Hüseynov Məzahir Əsgər oğlunun idarə etdiyi " VAZ -2106" markalı avtomobil başqa bir "VAZ" markalı avtomobilə toqquşub.

Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər qəza isə rayonun Düzqırıxlı kəndində qeydə alınıb. İdarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılan "VAZ-2107" markalı avtomobilin sərnişini, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Azər Arzuman oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.