Bakı-Qazax avtomobil yolunda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən bildirir ki, qəza Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı-Qazax sərnişin avtobusundan enən 3 sərnişin - ər-arvad və onların övladı "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan atayla övladın vəziyyəti qənaətbəxş, qadınınkı isə orta-ağırdır.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.