Abşeron rayonunda 47 yaşlı kişi kirayə yaşadığı evdə özünü asıb.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Ağayev Əli Süleyman oğlu özünü iplə asaraq intihar edib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.