Rusiyada içərisində azərbaycanlıların da olduğu avtobus qəzaya uğrayıb.

Unikal.org-un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Nijnı Novqoroddan Bakıya gələn avtobus Kalmıkiyanın Çernozemelski rayonunda aşıb.

Hadisə nəticəsində 7-si uşaq olmaqla, 10 Azərbaycan vətəndaşı xəsarət alıb.

Avtobusda 10-dan çox Azərbaycan vətəndaşının olduğu bildirilir.

Qəzanın baş vermə şəraiti araşdırılır.