"Maşın şouda səs-küylü görüntüləri ilə sosial şəbəkəni bir-birinə vuran Pərvin Abiyava xanım həmkarları tərəfindən də topa tutulub.

Unikal.org xəbər verir ki, Türkiyədə yaşayan aktrisamız Tunay Əliyeva Yenicag.az-a açıqlama verərək, Pərvinlə bağlı od püskürüb:

"Maşın şouda o nə həyasızlıq idi? Utanmadan efirdə söyüş söyürdü. Biabırçılıq idi. Əslində, orda kimliyini ortalığa qoydu. Çıxıb efirdə ona-buna "qardaş, qardaş deməsi ilə sadəcə, milləti özünə güldürdü. Biz bagçada deyilik, Pərvin də bizim müəlliməmiz-¦ Nə də heç kim çörəyi qulağına yemir. O aktrisa kimi sıfırdır. "Pərvin deyəndə mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir. Onun ayrı işi var, gedib öz işi ilə məşğul olsun. Hamı bilir o, nə işlə məşğul olur. Bundan sonra 100 il də keçsə, aktrisa ola bilməyəcək, çünki aktrisa olmaq üçün istedad gərəkdir. O da onda yoxdur.