Dünya şöhrətli Hollivud aktrisası Nikol Kidman şəxsi həyatı barədə maraqlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Kidman ailəsinin ən böyük uşaq olduğu üçün hər zaman bir ana kimi davrandığını söyləyib: "Anam mənə hər zaman 'Sən birləşdirici güclərə sahib bir uşaqsan' deyərdi".

Şəxsi həyatı haqqında da səmimi şərhlər edən Kidman, 11 illik həyat yoldaşı Kaith Urbanla romantik bir əlaqələrin olduğunu da etiraf edib: "Ana kimi olmağımla bərabər romantik hislərimdə var. Əks cinsimlə hər zaman dərin və sıx əlaqələri seçən qadınlardan olmuşam. Həyat yoldaşım və mən köhnə fikirli insanlarıq. Mesajlaşmırıq, ancaq bir-birimizin ahrda olmasını tez-tez telfonla soruşur və səsimizi eşidirik".