ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun ilk buraxılışı baş tutub.

Unikal.org xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Elton Hüseynəliyevi sms səsverməsinə çıxarıblar.

İfaçı verilişin əvvəlindən səs topladığı təqdirdə kimi çıxaracağını açıqlamasa da, şounun sonuna 20 dəqiqə qalmış aktyor Elcan Rəsulovu uzaqlaşdıracağını bildirib.

Sonda isə müğənni 36,42 faiz səs yığaraq özü verilişdən gedib.axşam.az