"Hər şey daxil verilişində qonaq olan əməkdar artist Almaz Ələsgərli övladlarından danışıb.

Unikal.org-un  məlumatına görə, müğənni bildirib ki, qızları Mədinə və Əminəni uşaq vaxtı çox döyüb:

"Belə bir məsəl var ki, uşağa bələkdə olan vaxtından tərbiyə vermək lazımdır. Uşaq böyüyənə qədər bir sözü 100 dəfə deməlisən ki, nəyin necə olduğunu bilsin. Bundan başqa uşağın geni də yaxşı olmalıdır. Bir də görürsən ki, uşağı yaxşı tərbiyə ilə böyüdürlər, amma tamam başqa cür olur. Mən öz qızlarımı döymüşəm. Özü də oxlovla. Məni də uşaq vaxtı anam döyürdü. Anam düşbərə bişirən zaman xəmiri, əti götürüb, kənarda bükürdüm. O da hirslənib, oxlovla mənə vurdu ki, imkan ver, işimi görüm.

A.Ələsgərli övladlarının şou-biznesdən uzaq qalmağa çalışdıqlarını söyləyib: "Qızlarım mənim sənətimi davam etdirmədi. Bunu heç mən özüm də, onlar da istəməyib".