"ARB Ulduzun "Şou-məkan proqramında bu dəfə məşhurlar arasında sorğu keçirilib.

Unikal.org-un məlumatına görə, onlardan ən böyük arzularının nə olduğu soruşulub.

Emil Bədəlov:"Ən böyük arzum odur ki, ikinci övladım sağ-salamat dünyaya gəlsin. Onları boya-başa çatdırım. Sənətdə isə ən böyük arzularımdan biri odur ki, toylarım olsun, çoxlu pul qazanım.

Hacı Nazim:"Ən böyük arzum övladlarımla bağlıdır. Dünyanın durumunu görüb sıxılıram ki, bu qızlar necə böyüyəcək? Arzulayıram ki, əmin-amanlıq içərisində böyüsünlər.

Vasif Məhərrəmli:"İki övlad atası kimi qızımın toyunu görmək arzum var. Oğlumun məktəbə getsin. Oğlumun və qızımın ali təhsilli, savadlı, ölkəmizə yararlı bir övlad olmasını arzu edirəm.

Sevda Yahyayeva:"Ən asası yayın gəlməsini, iyun ayını gözləyirəm. İstirahət etmək istəyirəm. Gün sayıram ki, Bodruma gedim. İki ildir ki, mən istirahət etmirəm. Bu il istəyirəm ki, heç olmasa, on gün özümə vaxt ayırım.

Səidə Sultan:"Ümumiyyətlə, arzularım qaçdı. Bax, indi bu dəqiqə Braziliyaya getmək istəyirəm. Öz də karnavala getmək istəyirəm. Düşüb ortaya karnavaldakılarla oynamaq arzusundayam. Orda kim kimədir ey baxan.

Günay İbrahimli:"Heydər Əliyev Sarayında konsert, avtomobilimi dəyişmək istəyirəm, bir də həyət evim olsun".

Vüqar Muradov:"Hazırda ən böyük istəyim işləyib ev almaqdır. Öz evim yoxdur. Kirayə haqqı verməkdəın bezmişəm. İndiyə qədər kirayələrə verdiyim pula, bəlkə də, bir ev almaq olardı.

Cəmilə Tağızadə:"Ən böyük istəklərimdən biri odur ki, aktyor və aktrisalarımıza dəyərverilsin. Çünki lazımi yerdə lazımi hörməti görmürük. Qonorar problemləri yaşayırıq, gedirik çəkilirik, qonorarımızı ala bilmirik. Filmdə çəkildik, onun qonorarını ala bilmədik. Qalmaqal yaşandı. Axı mən niyə bu qədər əziyyət çəkməliyəm?.

Niyam Salami:"Hazırda bilirsiz nə istəyirəm? Hər kəsin üzünü gülər görmək istəyirəm . Bu günümü pozmaq istəmirəm. Gülərüz olsunlar ki, mənim əhvalımı korlamasınlar.

Zamiq Hüseynov:"Mən böyük şeylər arzulamıram. Adamlar var ki, böyük arzular diləyir, o xəyallarla yaşayır, olduğu məqamın qədrini qiymətini bilmir. Ancaq mən elə adam deyiləm ki, özümə təyyarə arzulayım və ya kosmosda yaşamaq... Necəyəmsə eləyəm, bu günümə şükür edirəm.axşam.az